Gənclər və elmi innovasiyalar

Konfrans haqqında Təşkilat Komitəsi Bölmələr Tərtibat qaydaları Vacib tarixlər Əlaqə

1. Müəlliflər tezislərini aztuconference.aztu.edu.az saytında qeydiyyatdan keçməklə göndərən zaman mütləq aid olduğu konfrans bölməsini qeyd etməlidir.

2. Konfransa tezis göndərildikdə müəllif haqqında aşağıdakı məlumatlar qeyd edilməlidir:

müəllifin tam adı (soyadı, adı, atasının adı), elmi dərəcəsi, elmi adı, iş yeri, vəzifəsi, telefon  nömrəsi, tezisin adı, konfransın bölmə nömrəsi və adı elektron formada təqdim olunur.

3. Tezis azərbaycan, rus və ya ingilis dilində təqdim olunmalıdır. Tezisin əvvəlində 3 dildə (tezisin təqdim edildiyi və digər 2 konfrans dilində) tezisin adı, xülasə (50 – 100 söz) və açar sözlər (3 - 5 sayda) verilməlidir.

4. Məqalə MS Word proqramında A4 formatında (sol və sağ – 2 sm, yuxarı və aşağı – 2,5 sm), Times New Roman şrifti ilə 12 pt ölçüdə, 1,0 sətirlərarası intervalla və mətndaxili yazıda abzas 1 sm buraxmaqla eninə hazırlanmalıdır.

5. Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır: məqalənin adı – ortada, böyük hərflərlə, qalın şriftlə, sonda 6 pt interval, müəllif(lər)in tam adı – ortada; müəllif(lər)in iş yeri, şəhər və ölkə – ortada, sonda 6 pt interval (əgər müəlliflər müxtəlif təşkilatları təmsil edirlərsə, müəllifin və təşkilatın adı yuxarı indekslə nömrələnir), e-mail ünvanı.

6. Ədəbiyyat siyahısı: hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan, məqalədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnir.

7. Məqalədə cədvəl və şəkillər nömrələnir: cədvəl – cədvəlin yuxarısında, sağdan (məs., Cədvəl 1), şəkil – şəklin altında, ortadan (məs., Şəkil 1) və mətn hissədən (yuxarıdan və aşağıdan) 1 boş sətir buraxmaqla göstərilir.

8.Riyazi ifadələr MS Word proqramının düstur redaktoru (Equation) ilə tərtib olunur. Yalnız mətndə istinad olunan düsturlar nömrələnir. Düstur sətrin ortasında, nömrəsi isə sağda mötərizədə yazılır.

9. Məqalə bir sütunlu mətn formatında təqdim edilməli və 2-5 səhifə aralığında olmalıdır.