Conferences


About Us

Azərbaycan Texniki Universiteti maşınqayırma və robototexnika, metallurgiya və materialşünaslıq, informatika və kompüter texnologiyaları, elektrik və elektronika, radiotexnika və telekommunikasiya, nəqliyyat, iqtisadiyyat və idarəetmə, eləcə də digər sahələrdə 35 ixtisas üzrə bakalavriat səviyyəsində və 100-dən çox ixtisaslaşma üzrə magistratura səviyyəsində yüksək səviyyəli mütəxəssis və elmi kadrlar hazırlayır. Universitetin müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və laboratoriyalarında Bolonya prosesi ilə təsbit edilən kredit sisteminə uyğun tədris planları əsasında müasir elmin və texnikanın problemlərini həll edə biləcək 8000-dən çox tələbə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alır. Universitet ölkəmizin iqtisadi məsələlərinin həllində və ictimai həyatında fəal iştirak edir. Azərbaycan Texniki Universiteti XXI əsrdə, qloballaşma və sənaye inqilabları dövründə də fəaliyyətini uğurla davam etdirməkdədir. Azərbaycan sənayesi, iqtisadiyyatı, elmi, təhsili üçün 100 mindən çox mütəxəssis hazırlayan universitetimiz haqlı olaraq öz məzunları ilə Respublikamızda və ölkə hüdudlarından kənarda ən müxtəlif sahələrdə - Dövlət idarəçilik sistemində, sənayenin bütün sahələrində, elm, təhsil müəssisələrində ən yühsək vəzifələrdə çalışan yüzlərlə AzTU məzunları öz vəzifə və vətəndaşlıq borclarını layiqincə yerinə yetrirməkdədirlər. More details ...