4-5 may 2022-ci il tarixlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda Respublika elmi-texniki konfransı keçiriləcəkdir.
Konfransın keçirilməsinin əsas məqsədi gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və onların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etməkdir.