Radiotexnikanın müasir problemləri

Konfrans haqqında Təşkilatçılar Bölmələr Tərtibat qaydaları Vacib tarixlər Əlaqə

20-22 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Texniki Universitetində “Radiotexnika” ixtisası üzrə mühəndis kadrların hazırlanmasının 60 illiyinə həsr olunmuş “Radiotexnikanın müasir problemləri” mövzusunda Respublika elmi-texniki konfransı keçiriləcəkdir.

Konfransın məqsədi radiotexnikanın müasir problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və respublikada bu sahədə aparılan elmi-tədqiqat işləri ümumiləşdirməkdən ibarətdir.

Konfransın praktiki əhəmiyyəti radiotexnika və digər uyğun sahələrin daha da inkişaf etdirilməsinə dair elmi nəticə və təkliflərin ümumiləşdirilərək istehsalata tövsiyə edilməsindən, alimlərin birlikdə fəaliyyətinin koordinasiya edilməsindən, gələcəkdə təcrübə mübadiləsi məqsədilə yeni elmi əlaqələrin qurulmasından ibarətdir.