Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar

Konfrans haqqında Təşkilatçılar Bölmələr Tərtibat qaydaları Vacib tarixlər Əlaqə

2-3 dekabr 2021-ci il tarixlərində Azərbaycan Texniki Universitetində Azər­­­­baycan Texniki Universiteti (Azərbaycan), Almetyevsk Dövlət Neft İnsti­tu­tu (Tatarstan Respublikası, Rusiya), Brandenburq Texniki Universiteti Kotbus-Zenf­­tenberq (Brandenburq, Almaniya), Cənubi Ural Dövlət Universiteti (Ru­si­ya), Qazi Universiteti (Türkiyə) və Liberec Texniki Universitetinin (Çexiya Res­publikası) təşkilatçılığ ilə “Maşınqayırma və energetika: yeni konsepsiyalar və tex­nologiyalar” beynəlxalq elmi-praktiki konfransı keçirilicəkdir.

Konfransın fəaliyyəti maşınqayırma və energetika sahələrinin müəssi­sə­lə­ri­nin inkişaf perspektivlərinin, yeni elmi və istehsal həll yollarının, tex­no­lo­gi­ya­la­rın, mövcud vəziyyətdə iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin axtarı­şı­na, istehsal sektorunda kiçik və orta biznesin formalaşması və inkişafı ilə bağlı hər­tərəfli müzakirələrin, eləcə də ali təhsil müəssisələrinin şirkət və müəssisələr ilə iş birliyi, nüfuzlu elm məktəbləri və müəssisə rəhbərləri ilə qarşılıqlı əla­qə­lə­rin yaradılmasına yönəlmişdir.

Beynəlxalq elmi-praktiki konfransın məqsədi maşınqayırma və enerji sahələrinin inkişafının təmini ilə əlaqədar elm, təhsil və tədqiqat sahələrinə ekoloji təhlükəsizlik və bu sahələrin infrastrukturunun iqtisadi səmərəliliyinin artmasını müəyyənləşdirən elmi və texnoloji zəmin yaradan yeni çağırışların formalaşdırılmasıdır.